Hər il 7 milyon insan buna görə ölür ÜST rəhbəri | Icma.az
Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
İqlim böhranının həm də sağlamlıq böhranı olduğunu dediyimi bir çoxunuz eşitmişiniz.
Mesajım hər kəsə çatana qədər mənə bunu söyləməyə davam edəcəyəm.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus COP-29 çərçivəsində keçirilən panel iclasında deyib.
O bildirib ki, sadəcə iqlimin dəyişməyinə görə yox, həm də iqlimin insan sağlamlığına təsirinə görə burada, COP29-dadırlar.
Baş direktorun sözlərinə görə, temperaturun yüksəlməsi ürək-damar xəstəliklərinə səbəb olur və yoluxucu xəstəliklərin yayılmasına təkan verir.
“Havanın çirklənməsi hər il 7 milyon insanın vaxtından əvvəl ölümünə səbəb olur.
İqlim dəyişikliyi həm də uşaqların ana bətnində və erkən yaşlarında inkişafına zərər verən qida çatışmazlığına səbəb olur”, – o əlavə edib.
Tam oxu
Xəbəri oxu