Hər il Azərbaycanda 12 15 kilometr istilik xəttin dəyişdirilməsini planlaşdırılır

02.11.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 2 noyabr, AZƏRTAC

Son üç ildə 40 kilometrə yaxın istilik xətti yenisi ilə əvəz olunub. Maliyyə imkanlarını və işlərin texniki təşkilini nəzərə alaraq hər il orta hesabla 12–15 kilometr xəttin dəyişdirilməsini planlaşdırırıq.

Bunu AZƏRTAC-a müsahibəsi zamanı “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev deyib.

“Xətlərin dəyişdirilməsi layihələndirmə, qazıntı üçün texniki şərtlərin alınması və ərazidən keçən digər kommunikasiyalara görə 10-a yaxın qurumla razılaşdırma tələb edir. İşlər sıx nəqliyyat hərəkəti şəraitində aparıldığından əvvəlcədən əlaqələndirmə vacibdir”, - deyə qurumun sədri qeyd edib.

Müsahibənin tam versiyası ilə bu linkdə tanış ola bilərsiniz.

Müxbir – Vüsalə Səfərova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью