Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən dünyada hər il 500 milyon insan qripp xəstəliyinə tutulur və hər il 2 milyon insan qripdən və onun fəsadlarından ölür.
Ölənlərin 80%-i uşaqlar, yaşlı insanlar, xroniki xəstəlikləri olan insanlar təşkil edir.
Beləliklə, qripp "yüngül" xəstəlik deyil, qripi "ayaq üstə" keçirmək olmaz.
Qripin ilk simptomlarında həkimə müraciət edin və daim həkimin nəzarətində olun.
Həkim sizin vəziyyətinizdə olan dəyişiklikləri vaxtında aşkar edəcək və lazım olan müalicə təyin edəcək.
Nəzərinizə çatdıraq ki, qripp virus infeksiyasıdır və bu səbəbdən antibiotiklərin köməyi ilə müalicə olunmur.
Lakin qripin fonunda müxtəlif xəstəliklər inkişaf edə bilər (otit, qaymorit, pnevmoniya, böyrəklər iltihabı və s.).