“Hər iş adamı Azərbaycana dərman idxal edə bilməz” Video

22.10.2025

Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.


“Bizim müşahidələrimizə əsasən, dərmanların baha olması bizdə daxili istehsalın olmaması ilə əlaqədardır”.
Yeniavaz.com
xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa Diaqnostikası şöbəsinin müdiri, həkim-radioloq Aydın Əliyev deyib.
O bildirib ki, Azərbaycanda dərman preparatlarının istehsalının səviyyəsi çox aşağıdır:
“Əksər dərmanlar idxal edilir. Bu, müəyyən məsrəflərə səbəb olduğu üçün dərmanların qiyməti maya dəyərindən bir az yuxarı olur”.
Aydın Əliyev bildirib ki, Azərbaycanda dərman idxalı ilə bağlı inhisarçılıq mövcuddur:
“İstənilən iş adamı ölkəyə dərman idxal edə bilməz. Yalnız bəlli şirkətlər ölkəyə dərman idxal edə bilir və bu da səbəb olur ki, onlar dərmanlara istədikləri qiyməti qoyurlar”.
Daha ətraflı:
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью