Hər kəs Azərbaycanı bu cür seçir Fazil Mustafa

31.07.2025

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Bu gün Bakıda Suriya və İsaril arasında nazirlər səviyyəsində görüş baş tutacaq.

Redaktor.az-a açıqlamasında Fazil Mustafa bildirdi ki, bu görüşün Bakıda keçirilməsi əhəmiyyətlidir.

"Azərbaycan hər iki ölkə ilə yaxındır. Ona görə də bu, normal qəbul olunmalıdır. Bu, Azərbaycanın beynəlxalq imkanlarını, gücünü göstərən məsələdir. Bu, səlində xarici siyasətdə ölkə prezidentinin yeritdiyi çox uğurlu istiqamətlərin nəticəsidir. Yəni zaman gəlir ki, bu nəticələr bu formalarda üzə çıxır. Hər kəs Azərbaycanı bu cür seçir və Azərbaycan üzərindən münasibətlərini düzəltməyə çalışır",- deyə millət vəkili qeyd etdi.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью