Hər kəs razıdır: Tramp isə onu gözləyir

07.05.2025

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Ukrayna ABŞ-ın təklif etdiyi hərtərəfli atəşkəslə razılaşıb. İndi əsas maneə Rusiya Prezidenti Vladimir Putindir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.

“Quruda, dənizdə və havada – 30 günlük atəşkəs təmin edilə bilər. Ukraynanılar bunu istəyirlər. İki həftə əvvəl biz Londondan qayıtdıq, ingilislər, fransızlar və almanların başçılıq etdiyi qətiyyətli ölkələrin koalisiyası ilə danışıqlar apardıq. Onlar da hərtərəfli atəşkəsə hazırdırlar”, – o bildirib.

Kelloq əlavə edib ki, Ukrayna bütün şərtləri qəbul etmir:

“Buna baxmayaraq, irəliyə doğru tək yolun bu olduğunu düşünürlər. Hesab edirəm ki, tərəflər mümkün atəşkəsə yaxındır. Putin razılaşarsa, bunu edə biləcək yeganə şəxs prezident Donald Trampdır”.

Günay Rəsulqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью