futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
Madeyra Muxtar Vilayətinin Hökumət sədri Migel Albukerke Portuqaliya milli komandasının düşərgəsində yaşanan skandaldan sonra Kriştiano Ronaldonun tərəfini tutub.
Futbolpress.az xəbər verir ki, Albukerke təcrübəli hücumçunun ölkə futboluna və tanınmasına verdiyi müstəsna töhfələri xatırladıb:
“Ronaldo 25 ildən artıq davam edən karyerası ərzində Portuqaliyanı dünyada ən çox tanıdan və şərəfləndirən şəxslərdən biridir. Mən hər zaman uğurlu bir şəxsiyyət olan Ronaldonun yanındayam. İndi əsas məsələ onun öz səviyyəsini qoruyub saxlamasıdır. 30, 40 və ya 50 ildən sonra heç kim millinin baş məşqçisinin kim olduğunu, komandaya kimin rəhbərlik etdiyini və ya matçları kimin şərh etdiyini xatırlamayacaq. Lakin hər kəs Ronaldonun kim olduğunu biləcək”.
Xatırladaq ki, sentyabrın 30-da Portuqaliya yığmasının baş məşqçisi Xorxe Jezus mətbuat konfransında 41 yaşlı hücumçunun oktyabrın 1-də Danimarkaya karşı keçiriləcək Millətlər Liqası matçını buraxacağını açıqlayıb. Bu bəyanatdan dərhal sonra Ronaldo milli komandanın düşərgəsini tərk etdiyini bildirib və tezliklə baş verənlərin pərdəarxası həqiqətlərini açıqlayacağını vəd edib. Mətbuatda təcrübəli forvardın milli karyerasını yekunlaşdırmaq barədə qərar verdiyi iddia olunur.