Icma.az bildirir, Demokrat.az portalına istinadən.
Tibb dünyasında uzun illərdir qəbul edilən “gündə səkkiz saat yuxu” qaydasının hər kəs üçün eyni dərəcədə keçərli olmadığı bir daha təsdiqlənib.
Demokrat.az xəbər verir ki, “Harvard” Tibb Fakültəsinin tədqiqatçıları bildirirlər ki, ideal yuxu müddəti insanın genetik xüsusiyyətlərindən və bioloji ritmindən asılı olaraq dəyişir. Bəzi insanlar üçün 5-6 saat yuxu kifayət etdiyi halda, digərlərinin 10-11 saat yatmağa ehtiyacı ola bilər.
Gün ərzində oyaq qalma müddəti artdıqca orqanizmdə yuxu təzyiqi yüksəlir. Sirkadiyan ritm isə beynin daxili bioloji saatı kimi fəaliyyət göstərərək gün ərzində oyaqlıq və yuxu siqnallarını tənzimləyir.
Bundan başqa, yataqda 30 dəqiqədən çox oyaq qalmaq yuxu keyfiyyətini poza və xroniki yuxusuzluğa səbəb ola bilər. Belə hallarda yataqdan qalxaraq zəif işıqda kitab oxumaq və ya meditasiya kimi sakitləşdirici fəaliyyətlə məşğul olmaq tövsiyə edilir.
Tədqiqatçılar hər kəsin öz ideal yuxu müddətini müəyyənləşdirməsi üçün sadə bir üsul təklif edirlər. Belə ki, yalnız yuxunuz gəldikdə yatağa gedin, xarici təsirləri minimuma endirin və bir neçə gün ərzində zəngli saatdan istifadə etmədən orqanizmin özünün oyanmasına imkan verin.
Fidan Hacızadə
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Demokrat.az xəbər verir ki, “Harvard” Tibb Fakültəsinin tədqiqatçıları bildirirlər ki, ideal yuxu müddəti insanın genetik xüsusiyyətlərindən və bioloji ritmindən asılı olaraq dəyişir. Bəzi insanlar üçün 5-6 saat yuxu kifayət etdiyi halda, digərlərinin 10-11 saat yatmağa ehtiyacı ola bilər.