Hər kəsə çay içməyi məsləhət görürəm

04.07.2026

Qol.az saytına istinadən Icma.az xəbər verir.

"Hər kəsə çay içməyi məsləhət görürəm"

Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2026-nın 1/16 finalında Kabo-Verde üzərində qazanılan 3:2 hesablı qələbəni şərh edib.

QOL.az xəbər verir ki, mütəxəssis pley-off mərhələsində zəif rəqib anlayışının olmadığını bildirib.

"Pley-offda heç kim heç kimə hədiyyə etməyəcək. İndi bütün komandalar bərabərdir və dünya çempionatını xüsusi edən də məhz budur.

Hamıya məsləhət görürəm ki, gedib bir stəkan çay içsin və sakitləşsin. Düşünürəm ki, mən də sizinlə söhbətdən sonra mən də bunu edəcəyəm.

Bu oyunda uduzmaq dəlilik olardı. Başa düşürəm ki, biz milli komandaları adlarına görə qiymətləndirməyə öyrəşmişik. Amma bu gün bu səviyyəyə yüksələn istənilən komanda istənilən rəqibə problem yarada bilər".

Qeyd edək ki, Argentina millisi 1/8 finalda iyulun 7-də Atlantada Misirlə qarşılaşacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью