Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Bəzən insanlar tez-tez çəki alıb-verməkdən şikayət edirlər.
Bəs bu, əsasən nə ilə bağlıdır?
Həkim-terapevt Günay Lətifova Redaktor.az-açıqlamasında bildirdi ki, kilo alma tək qidaya bağlı olan mövzu deyil, burada ümumi orqanizmdən söhbət gedir.
Müsahibimizin sözlərinə görə, hormonal balans çox vacib nüansdır:
"Kilo almağa meyilli şəxslər mütləq şəkildə həkim nəzarətindən, xüsusilə də endokrinoloq müayinəsindən keçməlidirlər. Çünki hormonal balansın pozulması sürətli kilo alımına gətirib çıxarır. Xüsusilə də son zamanlar Haşimoto xəstəliyi yayılıb. Bu isə kilo alımına və kilonun verilə bilməməyinə səbəb olur. Təəssüf olsun ki, bu gün özü arıqlayan insanların hər birinə standart proqram tətbiq edib insanların orqanizmini bir az çökəldirlər. Hər kəsə fərdi yanaşmalıdır. Hər kəsin arıqlama planı fərdi olmalıdır. İlk olaraq isə müayinələr olmalıdır. Ondan sonra arıqlama proqramları yazılmalıdır.
İş həyatı oturaqlıqdan ibarət olan şəxslər də limfa və orqanizm daha passiv olduğu üçün kilo alımı, xüsusilə də bölgəsəl kilo alımı daha çox baş verir. Streslə bağlı kortizol hormonu var, bu hormon stresə bağlıdır. Bu da kilo alınmasına səbəb olur. Əsasən alt qarın özünü göstərir. Baxırsınız ki, arıq insanlarda sırf alt qarın var".
Aytəkin TOFİQQIZI