Hər kəsin qorxduğu nəticə: Stress xərçəng yaradır?

23.03.2026

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Qroningen Universiteti Tibb Mərkəzinin alimləri stress və digər psixososial amillərin xərçəng riskini artırmadığını aşkar ediblər. 

“Cebheinfo.az” xəbər verir ki, tədqiqatın nəticələri “Cancer” jurnalında dərc edilib.

Tədqiqatda psixoloji və sosial amillərin xərçəng inkişaf riski ilə əlaqəli olub-olmadığını araşdıran beynəlxalq layihə olan Psixososial Faktorlar və Xərçəng (PSY-CA) konsorsiumunun məlumatlarından istifadə edilib.

Tədqiqatçılar müxtəlif psixososial göstəricilər üzrə qiymətləndirilən 421.799 nəfərin məlumatlarını təhlil ediblər. Bunlara sosial dəstək, ailə vəziyyəti, kədər, narahatlıq (nevrotiklik) və ümumi psixoloji stress daxildir.

Təhlil göstərib ki, bu amillərin heç biri ümumilikdə xərçəng riskini artırmır. Stressin döş, prostat və kolorektal xərçəng də daxil olmaqla, ən çox yayılmış xərçəng növləri ilə heç bir əlaqəsi tapılmayıb.

Bəzi statistik əlaqələr əvvəlcə ağciyər xərçəngi ilə bağlı müşahidə olunub. Məsələn, yaxınlarını itirmiş və ya sosial dəstək səviyyəsi aşağı olan insanlarda üzə çıxıb. Lakin əsasən siqaret çəkmə və ailə tarixi kimi məlum risk faktorları nəzərə alındıqdan sonra bu əlaqələrin əksəriyyəti yoxa çıxıb.

Tədqiqatın aparıcı müəllifi Lonneke van Tuijla görə, nəticələr zəif zehni sağlamlığın və ya stressin xərçəng riskini birbaşa artırdığına dair geniş yayılmış inancın yanlış olduğunu üzə çıxarıb.

Tədqiqatçılar qeyd edirlər ki, bəzi tədqiqatlarda müşahidə edilən stress və xərçəng arasındakı zəif əlaqələr çox vaxt əlaqəli həyat tərzi amilləri - məsələn, siqaret çəkmə, spirtli içki qəbulu və ya digər davranış vərdişləri ilə izah olunur. Bu da həqiqətən xəstəlik riskini artıra bilər.

Xəzər
“Cebheinfo.az”

Açar sözlər: stress xərçəng

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью