Hər kim yüz il yaşamasa... Günün şeiri

17.12.2025

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Xalq şairi Osman Sarıvəllinin doğum günüdür.

Kulis.az "Günün şeiri" layihəsindən onun "Günah onun özündədir" şeirini təqdim edir.

Dostum, incə barmaqların
Sədəflərin üzündədir.
Mənim meylim bir sazında,
Bir də şirin sözündədir.

Dahi yazıçının bayağı süjeti - Fəxri Uğurlu Postmodern poeziyanın ən kədərli sızıltısı - Xoşbəxt olmaq istəyənlər üçün yazılan kitab haqqında Ana dilini qorumaq üçün nə edirik? - ARAŞDIRMA

Qarayazı meşəsində,
Cavan ovçu həvəsində,
Qulağın maral səsində,
Gözün ceyran izindədir.

Tarixi var hər daşın da,
Tərlanın on beş yaşında,
Bəzən qarlı dağ başında,
Bəzən Muğan düzündədir.

Baxan kimi sərraf gözün,
Təmtəraqlı yalan sözün
Canı yoxdur, dedin özün,
Məna sözün düzündədir.

Zaya getməz alın tərin,
Bir gün bitər şah əsərin,
Arzuların, diləklərin
Hələ sənin gözündədir.

Söz şairin ürəyində,
Zor binanın dirəyində,
Güc pələngin biləyində,
Pəhləvanın dizindədir.

Heç əlinə alma əsa,
Yetmişində batma yasa,
Hər kim yüz il yaşamasa
Günah onun özündədir.

Dahi yazıçının bayağı süjeti - Fəxri Uğurlu Postmodern poeziyanın ən kədərli sızıltısı - Xoşbəxt olmaq istəyənlər üçün yazılan kitab haqqında Ana dilini qorumaq üçün nə edirik? - ARAŞDIRMA
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью