Hər kim yüz il yaşamasa... Günün şeiri

02.07.2026

Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Xalq şairi Osman Sarıvəllinin anım günüdür.

Kulis.az "Günün şeiri" layihəsindən onun "Günah onun özündədir" şeirini təqdim edir.

Dostum, incə barmaqların
Sədəflərin üzündədir.
Mənim meylim bir sazında,
Bir də şirin sözündədir.

Qarayazı meşəsində,
Cavan ovçu həvəsində,
Qulağın maral səsində,
Gözün ceyran izindədir.

Tarixi var hər daşın da,
Tərlanın on beş yaşında,
Bəzən qarlı dağ başında,
Bəzən Muğan düzündədir.

Baxan kimi sərraf gözün,
Təmtəraqlı yalan sözün
Canı yoxdur, dedin özün,
Məna sözün düzündədir.

Zaya getməz alın tərin,
Bir gün bitər şah əsərin,
Arzuların, diləklərin
Hələ sənin gözündədir.

Söz şairin ürəyində,
Zor binanın dirəyində,
Güc pələngin biləyində,
Pəhləvanın dizindədir.

Heç əlinə alma əsa,
Yetmişində batma yasa,
Hər kim yüz il yaşamasa
Günah onun özündədir.

"Ümid yeri saydığın adamlara yaxından baxanda..." - Corc Oruellin "1984" əsərindən bir hissə "Hüzn nə deyirsə desin, həyat gözəldir..." - Braziliyalı yazıçıdan sitatlar Erməni qırğınlarından qaçan uşaq necə böyük bəstəkar oldu?
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью