Hər kitabı oxumaq olmur...

15.11.2026

Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İndi kiminlə söhbət edirsən, deyir ki, kitabım çıxıb və tez yeni çapdan çıxmış kitabına avtoqraf yazıb sənə verir!  Sən də üzə düşüb kitabı götürursən! Tay deyə bilmirsən ki, ay qardaş, vallah keçən dəfə verdiyin kitab bir şey deyildi!

Nə isə...  " Lənət şeytana"- deyib kitabı  vərəqləyirsən! Nə qədər kitabı ələk-vələk  eləsən də oxumalı bir şey tapa bilmirsən! Bədii söz, poetik ifadə bir tərəfə qalsın, heç normal bir cümlə tapıb oxuya bilmirsən! Beşinci sinif şagirdi belələrindən savadlıdır, çünki onlar ən azından cümlə qura bilir və fikirlərin aydın, səlis ifadə edə bilir! Bu on kitab müəllifinin isə bir normal, bitmiş bir fikiri ifadə edən cümlə tapa bilmirsən!

Ona görə də mən belə kitabları çırıb zibil qutusuna atıram! Bir dəfə belə kitablardan birini müəllif mənə verdi, baxdım , içində bir şey tapa bilmədim, sonra da çırıb atdım  zibil yeşiyinə! Üç gündən sonra müəllif mənimlə görüşəndə soruşdu ki, " kitabım xoşuna gəldi?" Dedim ki, yox cırıb atdım zibil qutusuna! Bu sözlərdən sonra o, qıpqırmızı qızardı və bir də mənə " kitabı"nı  vermədi! Kitab müqəddəs  bir şeydir! Ona görə də bu məsələyə hamı diqqətlə yanaşılmalıdır!!!

Emil FAİQOĞLU  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью