Hər kubok üçün cəmi 25 matç Qvardioladan inanılmaz rekord

10.11.2025

Icma.az, Fanat saytına istinadən bildirir.

"Mançester Siti" İngiltərə Premyer Liqasının 11-ci turunda "Liverpul"u darmadağın edib.

Fanat.Az xəbər verir ki, bu, Pep Qvardiolanın məşqçilik karyerasında 1000-ci matç olub. 

"City Xtra"-nın hesablamasına görə, "Barselona B", "Barselona", "Bayern Münhen" və "Mançester Siti"ni idarə edən ispaniyalı məşqçi 1000 matçdan 716-da qalib gəlib ki, qələbə nisbəti 72 faizə bərabərdir. Bu müddət ərzində Qvardiola 40 kubok qazanıb. Başqa sözlə, Qvardiolaya kubok qazanmaq üçün orta hesabla cəmi 25 matça ehtiyac duyub.

2016-cı ildə "Mançester Siti"yə gələn Qvardiolanın rəhbərliyi altında "şəhərlilər" 6 Premyer Liqa titulunu, 2 İngiltərə Kubokunu, 4 Liqa Kubokunu və 3 İngiltərə Superkubokunu qazanıb.

Kataloniyalı məşqçi həmçinin, "Siti"yə Çempionlar Liqası, UEFA Superkuboku və FIFA Klublararası Dünya Çempionatında qələbələr qazandırıb.

Mirağa

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью