Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
Monako mərhələsi də Kimi Antonellinin qələbəsi ilə başa çatdı.
“Mersedes”in 19 yaşlı pilotu ardıcıl 5-ci dəfə hamını qabaqladı. Dünya çempionatının yalnız ilk – Melburn mərhələsində Corc Rassell fəxri kürsününü ən yüksək pilləsinə qalxıb. Sonrakı mərhələlərdə qələbə qazanan Antonellinin bu gün dünya çempionluğuna əsas namizəd sayılması təbiidi.
- Kimi, qələbə münasibəti ilə təbriklərimi qəbul et və təəssüratını bölüş.
- Bəli, nəticədən çox razıyam. Bu həftəsonu bizim üçün möhtəşəm alındı. Komanda qeyri-adi dərəcədə uğurlu iş gördü. İlk növbədə arxa qanadla bağlı işimizi qeyd edərdim. Cümə gününün məşqlərindən sonra şənbə günü bir qədər də “artıra” bildik. Maşın xeyli yaxşılaşdı, bunun sayəsində daha inamla sürməyə, hücum etməyə başladım. Sadəcə, sükan arxasında zövq alırdım.
- Onda Monako mərhələsinin necə keçməsindən danışın. Bu mərhələdə nail olduğunuz üstünlük özünüzü təəccübləndirdimi?
- Bəli, temp məni təəccübləndirdi. Bu gün maşınla birgə vahid orqanizm olduğumuzu hiss etdim. Lazımi ritmi yaxalaya bildik, maşın bütün hərəkətlərimə reaksiya verirdi.
- Çempionatdakı üstünlüyünüz ciddi şəkildə artıb, artıq Hemiltonu 66 xal qabaqlayırsız. Belə fərq sizə əlavə inam verirmi?
- Bəli, əlbəttə, xoş məqamdı. İstənilən imkandan maksimum yararlanmağı davam etdirməliyəm. Və mümkün qədər sabit çıxış etməyə çalışmalıyam. Təbii ki, mövsümün hər mərhələsi yeni sınaqdı, axı yarışlar fərqli trasslarda keçirilir, hər mərhələ fərqli yanaşma tələb edir. Biz birmənalı şəkildə bütün gücümüzü ortaya qoyacaq, sadəcə, hücumları davam etdirəcəyik. Tavanı mümkün qədər yuxarı qaldırmalıyıq. Bu işin öhdəsindən daha yaxşı gəlmək üçün əlimdən gələni əsirgəməyəcəm.
Yeri gəlmişkən, sabiq “Formula-1” pilotu Devid Kulthard Corc Rassellin “Mersedes”dəki komanda yoldaşı Kimi Antonelli ilə bağlı mövqeyini sərt şəkildə qiymətləndirib:
“O, Barselonada poul tutmağa qadir olduğunu göstərməlidi. Əlbəttə, avtomobilin kifayət qədər sürətli olması şərti ilə. Amma ən əsası, o, sadəcə, Kimini məğlub etməyə başlamalıdır. Düzünü desək: Rassell Kimini məğlub etməyə başlamasa, hər şey bitdi. Çempionluq titulu olmayacaq”.