Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən həyata keçirilən “Hər məsciddə kitabxana” layihəsi respublikamızın cənub və aran bölgələrini əhatə edən rayon və şəhərlərdə davam etdirilib.
Bu mərhələ çərçivəsində Lənkəran, Astara, Lerik, Salyan, Cəlilabad, Masallı, Yardımlı, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Biləsuvar və Neftçala rayonlarının bir sıra məscidlərinə kitablar təqdim olunub. Nəşrlər arasında yalnız dini mövzulu deyil, həm də fəlsəfə, tarix, ədəbiyyat və humanitar sahələrə aid kitablar, eləcə də Azərbaycan və dünya klassiklərinin əsərlərindən nümunələri yer alıb.
Qeyd edək ki, 2025-ci ildən başladılan təşəbbüsün əsas məqsədi milli-mənəvi dəyərlərin təbliği, xüsusilə gənclər arasında mütaliə mədəniyyətinin inkişaf etdirilməsi, eyni zamanda məscidlərin yalnız ibadət yeri deyil, həmçinin ictimai-mədəni mərkəz kimi fəaliyyət göstərməsinə töhfə verməkdir.
Bu mərhələ aşağıda adları göstərilən məscidləri əhatə edib:
Lənkəran rayonu, Şağlaser kənd məscidi
Lənkəran rayonu, Qurumba kənd məscidi
Lənkəran rayonu, Kənarmeşə kəndi “Bağıroba məhəllə” məscidi
Lənkəran rayonu, Mamusta kənd məscidi
Lənkəran rayonu, Hirkan qəsəbə məscidi
Lənkəran rayonu, Veravul kənd məscidi
Lənkəran rayonu, Şovu kənd məscidi
Astara rayonu, Balaca Şahağacı kənd məscidi
Astara rayonu, Şiyəkəran kənd məscidi
Astara rayonu, Səncərədi kənd məscidi
Astara rayonu, Kijəbə qəsəbə məscidi
Astara rayonu, Kijəbə qəsəbəsi “Lovayın” məscidi
Lerik rayonu, Piran kənd məscidi
Lerik rayonu, Hamarmeşə kənd məscidi
Lerik rayonu, Lüləkəran kənd məscidi
Lerik rayonu, Monidigah kənd məscid
Salyan rayonu, Qarabağlı kəndi “İmam Hüseyn” məscidi
Salyan şəhəri, “Mirəşrəf ağa” məscidi
Cəlilabad şəhəri, “İmam Zaman” məscidi
Cəlilabad rayonu, Əliabad kənd məscid
Cəlilabad rayonu, Bəcirəvan kənd məscidi
Cəlilabad rayonu, Ağdaş kəndi “İmam Hüseyn” məscidi
Masallı rayonu, Bambaşı kənd məscidi
Masallı şəhəri, “İmam Əli” məscidi
Masallı rayonu, Ərkivan qəsəbəsi “Hacı Şeyx Əli” məscidi
Masallı rayonu, Ərkivan qəsəbəsi “Göllü” məscidi
Masallı rayonu, Qəzvinoba kənd məscid
Yardımlı şəhəri, Daşkənd məhəllə məscidi
Yardımlı rayonu, Anzov kənd məscidi
Yardımlı rayonu, Çayüzü kəndi məscidi
Yardımlı rayonu, Perimbel kəndi “Hacı Mircəfər” məscidi
Hacıqabul şəhəri, “Hacı Yadulla” məscidi
Hacıqabul şəhəri, Xilə kəndi “İmam Hüseyn” məscidi
Hacıqabul rayonu, Muğan qəsəbəsi “Cümə” məscidi
Hacıqabul rayonu, Abdulabad kəndi “Cümə” məscidi
Sabirabad rayonu, Kovlar kənd məscidi
Sabirabad rayonu, Nərimankənd kənd məscidi
Sabirabad rayonu, Bulaqlı kənd məscidi
Saatlı rayonu, Dəlilər kənd məscidi
Saatlı rayonu, Bəylik kənd məscidi
Saatlı rayonu, Varxankənd kənd məscidi
İmişli rayonu, Bəcirəvan kəndi "Yuxarı" kənd məscidi
İmişli şəhəri, Ə.Vahid küçəsi "Göy" məscidi
İmişli şəhəri, Xəzər küçəsi “Həzrət İmam Hüseyn” məscidi
İmişli rayonu, Şahverdili kənd "Əhli-Beyt" məscidi
Biləsuvar rayonu, Əsgərabad kəndi “İmam Hüseyn” məscidi
Neftçala rayonu, Qaçaqkənd kəndi “Fatimeyi Zəhra” məscidi