“Hər məşqimizdə 200 300 azarkeş olur” Füzuli Məmmədov casuslardan çəkinir?

25.02.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Birisigün 1-ci liqanın 16-cı turu çərçivəsində “Mingəçevir” “Difai”ni qəbul edəcək.

Turnir cədvəlinin aşağı pillələrində qərarlaşan iki komanda üz-üzə gələcək. Həmin matç Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ehtiyat meydançasında keçiriləcək. Həmkarlarımız iddia edir ki, meydan sahiblərinin baş məşqçisi Füzuli Məmmədov stadiona mühafizə dəstəsi yerləşdirib. Baş məşqçinin tapışırığı ilə məşq zamanı stadiona azarkeşlərin daxil olmasına qadağa qoyulub.
Bu qadağanın səbəbi nədi? Fikirləşirsiz ki, məşqlərinizin axarı barədə kənara hansısa casus informasiya ötürür? Bu sualları Füzuli bəyə ünvanladıq:

“Bu məlumatlar doğru deyil. Hər məşqimizdə 200-300 azarkeş olur”.


ƏSƏD SEYİDOV
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью