Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dünyanın bir-birindən gözəl nemətləri , təamları , meyvələri , giləmeyvələri var. Və onların hamısından insan yeməlidir. Xüsusilə də meyvələrdən. Çünki meyvələrin tərkibində insan sağlamlığı üçün çox zəruri vitaminlər mövcuddur! Bayaq dediyim kimi, hər bir insan o meyvələrdən ildə mövsümə uyğun yeməlidir.
Belə ki, payız və yaz mövsümündə immunitet aşağı düşür. Belə olanda da orqanizmi zəif olan , uşaqlar və qocalar daha tez müxtəlif viruslara , daha doğrusu, qripə yoluxaraq xəstələnirlər! Terapevt - həkim, tibb elmləri namizədi Köçəri İsmayılov deyir ki, müxtəlif xəstəliklərdən qorunmağın ən yaxşı yolu sağlam həyat tərzi yaşamaq və mövsümə uyğun müxtəlif meyvələrdən bol-bol yeməkdir. Bəzi xəstələr mənə deyir ki, mənə bir sistem yazın vurdurum. Mən də yazmıram.
Deyirəm ki, ən yaxşı müalicə mövsümə uyğun meyvələrdən yeməkdir. Bütün meyvələri yeyən insanlarda həm immunitet möhkəm olur, həm də müxtəlif xəstəliklərə yoluxmurlar.Yoluxsalar da tez sağalırlar. Köçəri həkimin sözünə qüvvət sağlam olmaq istəyirsinizsə, hər mövsümdə olan meyvələrdən çoxlu yeyin! Bax , onda payız və qışda tez-tez xəstələnməzsiniz!
Emil FAİQOĞLU