Hər məzarın öz qiyməti var İlahiyyatçı | Icma.az
Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qəbiristanlıqların salınması və idarə
Amma bir çoxları bəzi bələdiyyələrin qəbir yerlərini müəyyən ödəniş qarşılığında ayırdığını, yəni satdığını iddia edir.
İlahiyyatçı Tural İrfan Metbuat.az-a açıqlamasında bu məsələyə münasibət bildirib.
O deyib ki, qəbir yerlərinin alveri çoxdankı problemdir: “Məlumdur ki, qəbir yerlərini müxtəlif işbazlar, bələdiyyələr tutub baha qiymətə satırlar.
Qəbristanlıqlarda xaos və özbaşınalıq baş alıb gedir. Kim necə istəsə, elə də edir. Qəbir yerlərinin öz qiyməti var.
Varlı, imkanlı adamlar yaxud bəzi məmurlar özləri üçün böyük yerlər zəbt edirlər, nəsil qəbristanlığı salırlar.
Ölmək də yaşamaq qədər çətinləşib. Bunun qarşının alınmasına hələ ki, bir cəhd görünmür”.
T.İrfanın sözlərinə görə, hər qəsəbənin, hər şəhərin öz konkret qiyməti var: “Yazılmamış qanunlara əsasən, məzarlıqda da hər yerin öz qiyməti var.
Tam oxu
Xəbəri oxu