Hər öldürülən ABŞ əsgəri üçün 30 min dollar vəd edildi

17.08.2026

Icma.az, Modern.az saytına istinadən bildirir.

İranlı general ABŞ əsgərlərinin öldürülməsi üçün 30 min dollar vəd edib.

Modern.az Iran KİV-ə istinadən xəbər verir ki, İran Ordusunun baş komandanı Əmir Hatəmi ABŞ hərbçilərinin öldürülməsi və ya əsir götürülməsinə görə pul mükafatı veriləcəyini açıqlayıb.

Hatəmi Jurnalistlər Günü münasibətilə keçirilən tədbirdə bildirib ki, ABŞ hərbçisini əsir götürən və ya öldürən hər bir iranlıya 30 min dollar mükafat veriləcək.

İranlı general mükafatın “İran xalqı” tərəfindən ödəniləcəyini deyib. Mükafatın verilməsi ilə bağlı əlavə mexanizm və şərtlər barədə isə açıqlama verilməyib.

Bu açıqlama Tehranla Vaşinqton arasında gərginliyin davam etdiyi bir vaxtda səsləndirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью