Hər oyuna eyni hazırlaşıram Rəhman Daşdəmirov

22.09.2026

Icma.az, Fanat portalına istinadən məlumat verir.

Sabah Azərbaycan millisi saat 20:00-da Tacikistan ilə yoxlama matçına çıxacaq.

Fanat.Az xəbər verir ki, yığmanın müdafiəçisi Rəhman Daşdəmirov oyunöncəsi jurnalistlərin suallarını cavablandırıb:

Rəqib yaxşı komandadır. Özümüzə inanırıq. Qələbə qazanmaq istəyirik.

-Çempionlar Liqasını görəndən sonra özünüzdə bir fərq hiss edirsiniz?

-Mənim üçün fərqi yoxdur. Hər oyuna eyni hazırlaşıram. Əlimdən gələni etməyə çalışıram.

-Qrupumuzdakı rəqiblər haqda nə deyə bilərsən?

-Əsas sabahkı oyuna köklənmişik. Digər rəqiblərə qarşı da qalib gəlmək istəyirik.

-Litva Millisinin baş məşqçisi Valdas Dambrauskas barədə danışdı. Ondan milli haqda kömək alacaqlarını söylədi. Nə düşünürsünüz?

-Özü ilə şəxsən danışmışam. Bizim üstün tərəflərimizi bildirib. Maraqlı olacağını qeyd edib. O barədə söhbətimiz olub. Döyüşkən olduğumuzu deyə bilər.

Əlisahib İbrahimli

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью