Icma.az bildirir, Footbal-plus portalına istinadən. Millimiz beynəlxalq yoldaşlıq oyunu çərçivəsində səfərdə Latviya ilə 0:0 hesablı heç-heç
İlk 15-20 dəqiqədə bir az problemlər var idi. Xüsusən də topa nəzarət baxımından.
Demək olar ki, yalnız bir istiqamətdə hücum qurmağa çalışdıq. Daha sonra komanda topa nəzarət etməyə başladı.
İkinci hissədə topa nəzarət bizdə idi. Rəqibin qapısı önündə təhlükə yarada bildik. Rəqib isə qapımızın qarşısında təhlükə yarada bilmədi.
Latviya millisi də hücum qurmağa çalışdı. Komandam yaxşı çıxış etdi. Çatışmayan yeganə şey qol epizodlarını dəyərləndirə bilməmək idi.
Məşqlərdə qapıya zərbələri çox çalışırıq. Bu gün uzaqdan zərbələr çatışmadı.
Hər oyunçu topla qapıya girmək istəyirdi.- Azərbaycandan bura sadəcə topa nəzarət etməyə gəlmişdiz?
Sizcə, bundan bərbad oyunumuz ola bilər?- Əlbəttə, qələbə qazanmağa gəlmişdik.