“Hər oyunda qələbə qazanmaq üçün əlimizdən gələni etdik”

23.11.2026

sport24.az saytına istinadən Icma.az xəbər verir.

16 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının I təsnifat mərhələsində hər qarşılaşmada qələbə qazanmaq üçün əlindən gələni edib. Sport24.az xəbər verir ki, bunu yığmanın kapitanı Dilarə Ağayeva Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.


Voleybolçu yarışdakı çıxışlarını dəyərləndirib:

"Bu turnirdə əsas məqsədimiz hər oyunda sona qədər mübarizə aparmaq idi. Fikrimcə, komanda şəklində buna nail olduq və hər qarşılaşmada qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Qrup mərhələsində Estoniya və Ukrayna millilərinə məğlub olsaq da, hər iki oyunda layiqli mübarizə apardıq. Qeydə alınan nəticələr də komandalar arasında rəqabətin kifayət qədər gərgin olduğunu göstərdi. Belə ki, Litva seçməsi Ukrayna və Estoniya yığmalarını məğlub etdi, biz isə Litva və Gürcüstan millilərinə qalib gəldik".

Komandanın kapitanı gələcək planlarından da danışıb:

"Ümumilikdə, bu turnirdə qarşımıza qoyduğumuz hədəflərin bir qisminə çatdıq. Əlbəttə, daha yaxşı nəticə göstərə bilərdik. Lakin bu yarış bizim üçün təcrübə qazanmaq və qarşıdakı mərhələlərə hazırlaşmaq baxımından çox faydalı oldu. İndi əsas məqsədimiz səhvlərimiz üzərində çalışmaq və növbəti turnirlərdə daha yaxşı çıxış etməkdir".

Qeyd edək ki, noyabrın 19-22-də Estoniyanın Kaariku şəhərində keçirilən yarışın B qrupunda yer alan Azərbaycan seçməsi ev sahiblərinə 2:3, Ukraynaya 1:3 hesabı ilə uduzub. Litvaya isə 3:1 hesabı ilə qalib gəlib. Kollektiv turnirin 5-ci yer uğrunda görüşündə Gürcüstanı 3:0 hesabı ilə məğlub edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью