“Hər oyunda xallar üçün mübarizə aparacağıq”

21.11.2025

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının XII turunun “Karvan-Yevlax” – “Kəpəz” oyunundan sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Çətin oyun oldu. “Karvan-Yevlax”ın daha mübariz oyun göstərəcəyini bilirdik. Gördük ki, səfərdə azarkeşlərin qarşısında oynamaq nə qədər çətindir. Maraqlı matç oldu. Çoxlu qol epizodları yaratdıq. Təəssüflər olsun ki, bunları reallaşdırmaqda problemimiz var.

– Sizcə, oyunun qırılma nöqtəsi hansı məqam idi?

– Ümid Səmədovun topu qapı xəttindən çıxarması oldu. O andan sonra futbolçularda daha çox inam yarandı. Daha sonra istədiyimiz qolu vurduq. Bunu birinci hissədə etməliydik. Çünki daha çox epizodlar yaratdıq. Təcrübəsizlik öz sözünü deyir.

– Ev oyunlarınızı Yevlaxda keçirəcəksiz. Meydançanın ot örtüyünün durumu necədir?

– Birinci oyun üçün ot örtüyü pis deyil. Burda oynamağımızın səbəbi məsafənin yaxın olmasıdır. Gəncədən Qəbələyə 3 saatlıq yoldur, Yevlaxa isə 40-45 dəqiqə. Adaptasiyaya ehtiyac olmur.

– Sonuncu pillədən qurtulduz. Bundan sonra məqsəd nə olacaq?

– Hər oyunda xallar üçün mübarizə aparacağıq. Düşünürəm ki, daha yaxşı yerlər uğrunda mübarizə apara bilərik. Sonuncu pillədən qurtulmaq şərt deyil.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью