“Hər sahədə peşə standartları tətbiq olunmalıdır” Yeni TƏKLİF

16.12.2025

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Elm və təhsil Nazirliyi (ETN) peşə standartları hazırlamalıdır”.
Bunu Bizim.Media-ya açıqlamasında təhsil eksperti Elşən Qafarov təklif edib.  Onun fikrincə hər bir məzun təhsilini bitirdikdən sonra onun peşə standartlarına uyğunluğu yoxlanmalıdır: 
“İstənilən ölkədə təhsilin səviyyəsi  həmin pillə üzrə təhsil standartları və ayrı-ayrı peşələr üzrə dövlət standartları ilə müəyyən olunur. Bizdə ən böyük problem odur ki, heç bir sahə üzrə peşə standartları müəyyən edilməyib. Bu,  ciddi problemdir. Dövlətin hər bir pillə üzrə təhsil standartı var. Bu standartlar üzrə proqramlar, kurikulum qəbul edilir. Ancaq hər bir peşə üzrə standartlar qəbul edilməlidir. Məsələn, tələbə məzun olduqdan sonra hansı standartlara cavab verməlidir?”
Elşən Qafarov deyir ki, bunu ETN tək yox, aidiyyəti qurumlarla birgə irəli sürməlidir.
 

“Bu peşə standartlarını əmək bazarının tələblərinə uyğun olaraq, müvafiq sahə  üzrə qurum və ETN birgə hazırlamalıdır. Məsələn, həkimliklə bağlıdırsa, Səhiyyə Nazirliyi və Elm və Təhsil Nazirliyi birgə hazırlamalıdır”.


Qeyd edək ki, təhsildə peşə standartları dünyanın bir çox ölkəsində, məsələn Almaniyada, Finlandiyada, ABŞ-da və s tətbiq olunur. Burada əsas məqsəd hər bir sahə üzrə daha peşəkar kadrların formalaşdırılmasıdır. Çünki standartlar göstərir ki, hər bir peşə sahibi hansı bilik və bacarıqlara sahib olmalıdır.
Nəzrin Mirzəyeva, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью