Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
""Böyük Qayıdış" proqramının uğurla hayata keçirilməsi ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindədir".
Bu sözləri SİA-ya açıqlamasında deputat Tahir Rzayev deyib. O bildirib ki, bu proqramın müvəffəqiyyətlə həyata keçirilməsi, görülən işlər hə
Bu möhtəşəm işlərin görülməsi, əlbəttə ki, ölkənin iqtisadi vəziyyətindən asılıdır. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir.
Əldə olunmuş nəticələr sayəsində son illərdə həmin ərazilərə iyirmi üç milyard manat vəsaitin ayrılması işlərin möhtəşəmliyindən və uğurlarından xəbər verir.
Bu günə kimi həmin ərazilərə artıq 30 mindən çox dinc sakin qayıdıb və onlar öz ata-baba yurdlarında normal firavan həyata qədəm qoyurlar.
Bu gün Qarabağ və Şərqi Zəngəzur torpaqları bir gülüstana çevrilməkdədir.
Cənab Prezident iftixarla bildirir ki, mən artıq həmin ərazilərə yüz dəfədən çox səfərlər etmişəm: "Hər səfər məndə yeni qürur, yeni duyğular yaradıb".