“Hər səhər 6 yumurta yeyirəm, 54 kiloyam”

22.08.2026

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyəli model Ebru Şallı 49 yaşında fit bədənə sahib ola bilməsinin sirlərini paylaşıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, həm də pilates mütəxəssisi olan Şallı hər gün 6 yumurta yediyini bildirib.

“Mən pilateslə məşğul oluram, əzələlərim var. Əslində o qədər də arıq deyiləm. İnsanlar belə düşünür, amma 54 kilo çəkidəyəm. Əzələ kütləm yüksəkdir və onu artırmağa çalışıram. Hər səhər 6 yumurta yeyirəm və daha çox ağına üstünlük verirəm. Sağlam olmaq üçün təmiz qidalanmaq lazımdır. İllərdir bunun üçün çalışıram”, - deyə Ebru Şallı qeyd edib.









Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью