Hər səhər belə edərək sağlam qalır Ronaldunun səhər rejimi açıqlandı

29.01.2026

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Nişanlısı Corcina Rodriqes futbol ulduzu Kriştiano Ronaldonun klub məşqi olmayan günlərdə adi bir gününün necə keçdiyini paylaşıb.

Milli.Az xəbər verir ki, Rodriqesin sözlərinə görə, Ronaldu səhər saat 06:00-da oyanaraq günə evdə yüngül idman hərəkətləri ilə başlayır. Ardınca bol su içərək orqanizmini oyadır və metabolizmini aktivləşdirir. Bəzən isə əzələləri canlandırmaq üçün buzlu su ilə duş qəbul edir. Həmçinin bir neçə dəqiqə açıq havada vaxt keçirərək günəş işığından faydalanır.

Saat 06:30 radələrində futbolçu günün ilk əsas məşqinə başlayır. Bu məşqlərə kardio, güc məşqləri və ya meydança üzərində fiziki çalışmalar daxil olur.

İlkin fiziki aktivlikdən sonra Ronaldu bərpa prosesi üçün təxminən 90 dəqiqəlik istirahət edir.

Səhər yeməyində isə yüksək zülallı və qida dəyəri zəngin məhsullara üstünlük verir. Onun menyusuna adətən meyvələr, pendir, vetçina, yumurta, yoqurt və avokadolu tost daxildir.

Səhər yeməyindən sonra Ronaldu yenidən idman zalına yollanır və təxminən iki saat davam edən ikinci məşqini həyata keçirir. Bu məşq əsasən ağırlıq qaldırma və konkret əzələ qruplarının inkişafına yönəlir.

Corcina Rodriqesin sözlərinə görə, Ronaldonun bu cür nizamlı və disiplinli gündəlik rejimi onun illərdir yüksək formada qalmasının əsas səbəblərindən biridir.

Fidan
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью