Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ dövlət katibi Marko Rubio Ukraynadakı münaqişənin həlli ilə bağlı vəziyyətin son dərəcə sürətlə dəyişdiyini bildirib.
Globalinfo.az xəbər verir ki, o, yaxın 72 saat ərzində mövcud məlumatların aktuallığını itirə biləcəyi və çox şeyin həll olacağı barədə xəbərdarlıq edib.
Onun sözlərinə görə, Vaşinqton Moskva və Kiyev arasında ən həssas məsələ olan ərazi mövzusu üzrə mövqeləri yaxınlaşdırmaq üçün pərdəarxası diplomatik fəaliyyət aparır.
Dövlət katibi qeyd edib ki, hazırda ərazilərin statusu ilə bağlı intensiv kompromis axtarışı gedir və proses görünməmiş dinamika ilə inkişaf edir.
Tahir Turan
Globalinfo.az