“Hər şey Miloşeviç kimi bitəcək” Qirkin Putinə xəbərdarlıq etdi

02.02.2026

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Donbassdakı separatizmin banilərindən biri, hazırda Rusiyada həbsdə olan İqor Qirkin(Strelkov) Vladimir Putinə xəbərdarlıq edib.

“AzPolitika” xəbər verir ki, Qirkin öz “teleqram” kanalı vasitəsilə yayımladığı məktubunda Putinə sabiq Yuqoslaviya başçısı, sonradan törətdiyi hərbi cinayətlərə görə Haaqa Tribunalında mühakimə edilən Slobodan Miloşeviçin taleyini xatırladıb.

Qirkin Putinin gələcəyini nəzrdə tutaraq, "Hər şey Miloşeviç kimi bitəcək", - yazıb. O, Putin üçün Haaqa məhkəməsinin qərar verəcəyini proqnozlaşdırıb.

Hazırda ekstremizm ittihamı ilə həbsxanada cəza çəkən Qirkin, Moskvanın Ukrayna ilə enerji atəşkəsinə razılaşmasından qəzəblənib. Onun sözlərinə görə, Rusiya rəhbərliyi bağışlanmağa və ya barışığa ümid etməli deyil: "Düzünü desəm, rəhbərliyimizin nəyə güvəndiyini tam başa düşmürəm. Bağışlanma? Olmayacaq. Barışıq? Olmayacaq. Hər şey Miloşeviç kimi bitəcək - bu, indi tamamilə göz qabağındadır".

Qeyd edək ki, hərbi cinayətkar, qatı şovinist, imperiyaçı Qirkin özü artıq Haaqa məhkəməsi tərəfindən 2014-cü ildə Malayziya Hava Yollarına məxsus MH17 reysi ilə uçan təyyarəni vurduğuna görə qiyabi ömürlük həbs cəzasına məhkum edilib.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью