“Hər şey şəkildi...”

29.08.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Əməkdar jurnalist, şair-publisist Elman Gədiklinin yenicə işıq üzü görən “Hər şey şəkildi...” adlı ilk şeirlər kitabı “Qanun” Nəşrlər Evində çap olunub.

Elman Gədiklinin toplusunu başdan-başa poetik duyğuların şəkil qalereyasından hörülmüş, dərin düşüncələr nuruna boyanmış, irfan örtüyünə bürünmüş söz çələngi də adlandırmaq olar.

Vaxtilə Məmməd Arazın onun haqqında qələmə aldığı “Uğurlu yol”da yazırdı ki, Elman Gədiklinin təbii düşüncə tərzi, axtarış meyli təqdirəlayiqdir. Yığcamlıq, konkretlik daxilində təzə sözə, təzə deyim tərzinə çalışır.

Özündən özünə yol gedə bilən
Minillik yolları qayıda bilir.
Yer-göy arasında özünü bölən
Özünü qəflətdən oyada bilir.

– deyən Elman Gədikli müdriklik yaşında sözü özünü, özü sözünü tanıyan şairdir. Oxucuların “Hər şey şəkildi...” kitabını maraqla oxuyacağına əminik.

Ə.ƏLİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью