Hər şey tapacağımız keyfiyyətli oyunçu sayından asılıdır

16.05.2026

Qol.az saytına istinadən Icma.az xəbər verir.

"Hər şey tapacağımız keyfiyyətli oyunçu sayından asılıdır"

"Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 32-ci turunda "Şamaxı"ya məğlub olduqları matç (2:3) haqda danışıb.

QOL.az "sportal.az"a istinadən xəbər verir ki, baş məşqçi ikinci hissədəki geri dönüşə baxmayaraq buraxılan həlledici qola görə təəssüfləndiyini bildirib:

"Birinci hissədə pis oynadıq. Hakim barədə isə ümumiyyətlə danışmaq istəmirəm. Fasilədən sonra daha aqressiv çıxış edərək hesabı bərabərləşdirməyi bacardıq. Amma təəssüflər olsun ki, yekunda üçüncü qolu buraxdıq".

- Ötən tur avrokuboklara vəsiqəni təmin etdiniz. Buna görə futbolçularda arxayınlıq yox idi?

- Müəyyən mənada razılaşmaq olar. Birinci hissədəki oyuna köklənmə belə düşünməyə əsas verirdi. Amma ikinci hissəyə görə uşaqlara təşəkkür edirəm. 3-cü qolu buraxmasaydıq, qələbə qazana bilərdik.

- Müdafiəçilər epizodlara gec reaksiya verirdi. Bunun səbəbi nədir?

- İlk hissədəki oyuna görə razılaşmaq olar. Amma rəqib futbolçular da aqressiv idilər. Bəzən ikinci topların götürülməsində də gecikirdik. Fasilədən sonra çatışmazlıqları aradan qaldıra bildik.

- Hər iki komandanın aqressiv oyunu nədən qaynaqlanırdı?

- Mənə elə gəlir ki, hakimlikdən qaynaqlanırdı.

- Transferlə bağlı nə planlarınız var? 

- Axtarışlar davam edir. Amma hələ ki yekun nəticə yoxdur.

- Neçə oyunçu transfer etməyi düşünürsünüz?

- Hər şey tapacağımız keyfiyyətli oyunçu sayından asılı olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью