525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Seyid Camal ƏZİMBƏYLİ
Şərqşünas
Bu gün Azərbaycanın Milli Qəhrəmanı,
şəhid Hökumə Əliyevanın doğum günüdür.
Hər şey yaxşı olacaq…
Səmalarda dolaşan səs —
Hər şey yaxşı olacaq…
Narahat könülləri,
Nigaran baxışları
Rahatladan
İlahi nəfəs —
Hər şey yaxşı olacaq…
Ruhumuz azad,
Hesabımız sorğusuz,
Dillərdə dolaşan ad,
Bir də ki,
Titrək səs,
Ümid dolu vəd —
Hər şey yaxşı olacaq…
Sevginin rəngi,
Təlaşın, qorxunun səsi,
Hünərin, cəsarətin ahəngi —
Hər şey yaxşı olacaq…
Mələklər seyr edəcək,
Ağuşuna alıb
Sığal çəkəcək —
Hər şey yaxşı olacaq…
Ruhlara müjdə,
“Sevinin!” deyəcək.
İçib eşqin şərbətini,
Yanıb eşqin odunda,
Tapıb öz məhəbbətini
Sevinəcək o səs —
Hər şey yaxşı olacaq…
Buludları yaran,
Damlaları ilə
Pislikləri yuyan
Yağış da daha yağmayacaq…
Səmalarda dolaşan o səs
Qiyamətə tək
Çağıracaq:
Hər şey yaxşı olacaq…
Sevgi və dualarımla!