Hər şeyi dövlətin üstünə atmaq lazım deyil Paracüdoçu DANIŞDI

07.02.2025

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"İdman güclü şəkildə təbliğ olunmalıdır". Bunu SİA-ya Azərbaycan millisinin paracüdoçusu İlham Zəkiyev deyib.

O bildirib ki, ölkəmizdə elə bir rayon yoxdur ki, orada Olimpiya Kompleksi olmasın: "Dünyanın heç bir yerində bu qədər Olimpiya Kompleksi yoxdur. Sadəcə olaraq valdeyinlər bundan faydalı şəkildə istifadə etməlidirlər. Xüsusilə də övladlarını olimpiya idman növlərinə yönləndirməlidirlər. Lakin əksinə bir çox yeniyetmə və uşaqları MMA idmanı ilə məşğul olmağa aparırlar. Bu idman növü deyil və uşaqlarda aqresiyaya səbəb olur. İdman güləşdi, cüdodu, üzgüçülükdü, basketboldur və s. Əsas uşaqlarımızın sağlam olmasıdır. Regionlarımızda idmanın kütləviliyini təmin etmək üçün tanınmış idmançılarla görüş təşkil etmək olar. Şəxsən mən dəfələrlə müxtəlif rayonlarımızda gənclərlə görüşmüşəm. Bu da idmanın bir təbliğidir. Olimpiyadadan sonra idmana xeyli sayda maraq artıb. Hətta cüdodakı yaxşı nəticələrə görə xeyli axın oldu. Ailə də dəstək göstərməlidir, hər şeyi dövlətin üstünə atmaq lazım deyil".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью