Hər şeyi üzə deyən bürclər

07.05.2026

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bəzi insanlar duyğularını gizləməyi bacarmır, nə düşünürlərsə, birbaşa üzə deyirlər. Onların daxili dünyası ilə zahiri davranışları arasında heç bir fərq yoxdur. Astrologiyada səmimiyyəti və dürüstliyi ilə seçilən bürclər müəyyənləşib.
Demokrat.az xəbər verir ki, bu bürclər süni hərəkətlərdən uzaq olmaları və təbiilikləri ilə tanınırlar.
Qoç bürcü siyahıda ilk sıralardadır. Onlar hər şeyi olduğu kimi deyirlər. Əgər Qoç bürcü altında doğulan şəxs sizdən xoşlanmırsa, bunu dərhal hiss edəcəksiniz. Hesablamalar aparmaq və ya planlar qurmaq onlara görə deyil. Onların enerjisi və səmimiyyəti bəzən kobudluq kimi görünsə də, əslində bu, sadəcə daxili dürüstlükdən irəli gəlir.
Oxatanlar da içi və çölü bir olan insanlar sırasına daxildir. Onlar həqiqəti hər şeydən üstün tuturlar. Hətta bu həqiqət kimisə incitsə belə, Oxatan yalan danışmağı özünə sığışdırmır. Bu bürcün nümayəndələri ilə ünsiyyətdə olanda arxadan iş çevrilməyəcəyinə əmin ola bilərsiniz.
Dolça bürcü isə saxtalığa nifrət edir. Onlar cəmiyyətin qaydalarına deyil, öz daxili səslərinə qulaq asırlar. Dolçalar üçün özü olmaq ən böyük dəyərdir. Onlar nə hiss edirlərsə, onu da yaşayırlar və başqaları üçün dəyişməyə ehtiyac duymurlar.
Yəni, bu bürclər maska taxmağı sevməyən, dürüstlük və təbiiliyi həyat tərzi seçən insanlardır.
Jalə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью