Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko Premyer Liqanın 28-cı turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, 0:3 hesablı məğlubiyyəti belə şərh edib:
"Oyundan əvvəl kimsə mənə desəydi ki 0:3 hesabı ilə məğlub olacaqsınız, buna inanmazdım. Birinci hissədə oyunumuz alınırdı. Qol şanslarımız oldu, amma yararlana bilmədik. İkinci yarıda da yaxşı imkanlarımız oldu. Futbolda qızıl qayda var, qol vurmasan, sənə qol vuracaqlar. 90 dəqiqə ərzində oyuna köklənməni saxlamaq lazımdır. Hətta hakimin artırdığı vaxtda da mübarizəni davam etdirməli, döyüşməlisən. Ancaq bizdə sona yaxın alınmadı. Məğlubiyyətin məsuliyyəti biz məşqçilərdədir. Hər şeyi üzərimə götürürəm. Görünür biz onları qələbə qazanmaq üçün lazım qədər hazırlamamışıq. Futbolçuları günahlandırmıram.
Fərqli meydanlarda və kiminlə oynamağımızın futbolçular üçün fərqi olmamalıdır. Onlar matça tam şəkildə konsentrasiya olmalıdır.
Sona qədər mübarizə aparmaq lazımdır. Rəqiblərimizin də öz aralarında oyunları olacaq. Avrokubok şansımızın tam bitdiyini deməzdim".