“Hər sinifdə 18 20 şagird təhsil alsın” Komitə sədrindən təklif

13.11.2026

Bizim media saytına istinadən Icma.az xəbər verir.

“Bizdə doğum sayı illərlə azalır, məktəblərdə siniflər bağlanılır və müəllimlər kənarda qalırlar. Ancaq çox təəssüflər olsun ki, bununla bərabər siniflərdə oxuyan uşaqların sayı bəzən çox olur. Elə sinif var ki, şagird sayı 35 nəfərdir”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O, hər sinifdə 18-20 nəfər şagirdin təhsil almasını təklif edib.
"Mən xahiş edirəm ki, bu nəzərə alınsın, gələcəkdə bu bölgü aparılsın. Belə olduqda həm də uşaqlar yaxşı, keyfiyyətli təhsil ala bilərlər. Təhsil ümumxalq işidir, bu, bizim hər birimizin vəzifəsidir. Təkcə bir nazirliyin vəzifəsi deyil. Bu, bizim balalarımızın gələcəyi, inkişafı üçün çox faydalı ola bilər".
Günay Şahmar, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью