Hər üç ölkə bir namizəd üzərində də dayana bilər Turan Rzayev

03.02.2026

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ, Böyük Britaniya və Almaniya qarşıdan gələn Ukrayna prezident seçkilərində öz namizədlərini irəli sürəcəklər.

ABŞ-nin namizədi Prezidentin Qərargah rəisi Kiril Budanovdur.

Böyük Britaniyanın namizədi Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı,dır Almaniya isə Kiyev meri Vitali Kliçkonu namizəd göstərəcək.

Maraqlıdır, hansı namizədin şansı daha çoxdur?

Bu barədə Gununsesi.info-ya politoloq Turan Rzayev danışıb.

O bildirib ki, Rusiya-Ukrayna müharibəsi uzanır, müharibənin uzanması istər taxıl, istərsə də enerji sahəsində ciddi risklər yaradır və bu risklərdən də heç kim sığortalanmayıb:

“Müharibəni uzanması həmçinin Avopa ölkələrinə zərər vurur. Bir müddət əvvəl Zelenski seçkidə iştirak etməyəcəyini qeyd etmişdi. Belə bir vəziyyətdə də onlar öz namizədlərini irəli sürə bilərlər, burada qeyri-adi heç nə yoxdur.  Məqsəd yeni Zelenski yaratmaqdır. Prosesin yekununun necə olacağını bilmək çətindir. Hər üç ölkə hətta bir namizəd üzərində dayana da bilər. Nəticə etibarilə seçiləcək namizədin Avropa maraqları çərçivəsində olmasını qeyd edə bilərik”.

Orxan

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью