“Hər üç rədd cavabı “Neftçi”yə qarşı olub” günahkar “Qarabağ” yox, PFL idi!

04.02.2026

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Bir qədər əvvəl saytımızın “feysbuk” səhifəsində “İmarət”in “Forza Neftçi”nin dünənki bəyanatına cavabını yaymışdıq.

Paylaşımın “rəy” bölməsində şərh yazan “Neftçi” azarkeşi Toğrul İmanov tarixə qayıdıb:
“Azərbaycan klubları Avropada ölkəmizi təmsil edəndə dəfələrlə oyun təxirə salmaq xahişi olunub. Cəmi üç dəfə bu xahiş rədd edilib (sonuncu olan hadisə dördüncüdü).Və hər üç rədd cavabı “Neftçi”yə qarşı olub.
1. 2023-ün avqust ayında “Neftçi” “Beşiktaş”la cavab görüşü ərəfəsində müraciət elədi, “Kəpəz” rədd elədi. “Neftçi” həm “Kəpəz”ə məğlub oldu, həm də “Beşiktaş”a. Mövsümün sonunda da “Sumqayıt”dan cəmi 1 xal qalaraq Avropaya gedə bilmədi.
2. 2022-ci il. “Neftçi” “Rapid”lə oyun ərəfəsində təxirə salmaq üçün müraciət elədi, bu dəfə “Şamaxı” rədd elədi.
3. 2012-ci il. “Neftçi” Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrupuna düşəndə APOEL ilə oyundan qabaq İsrail komandası (“Hapoel”, Kiryat-Şmona – red.) ilə oyunu var idi (həmin komandanı keçə bilmədiyi üçün ÇL-ə yox, AL-ə getdi). Oyun ərəfəsində oyunu təxirə salmaq üçün müraciət elədi və “Qarabağ” rədd elədi”.
Ədalət naminə deyək ki, Toğrul bəyin xatırlatdığı son nümunədə məsələ fərqli olub. “Qarabağ” təxirəsalma ilə bağlı heç bir problemin olmadığını bildirsə də, PFL-in sabiq rəhbərliyi buna razılıq verməyib.
MÜZƏFFƏR QULUZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью