Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. İndi hər uşağın əlində telefon görmək mümkündür.
Bu, zamanın tələbi olsa da, bəziləri istifadəni ifrat dərəcəyə çatdırır.
Sözügedən durum valideynləri narahat etsə də, onlar əksər hallarda bunun qarşısını ala bilmirlər.
Uşaqlar telefondan çox istifadə etdikləri üçün şəxsi inkişafa vaxt qalmır, heç buna maraqları da olmur.
Çünki telefonla oynamaq daha əyləncəli gəlir və vaxt su kimi axır…Son dönəmlər valideynlər və müəllimlər uşaqların fokuslanma problemlərinin olmasından şikayətlənirlər.
Ona görə, uzun mövzuları oxuya və çox tapşırıqları edə bilmirlər.
Mütəxəssislər bunu sosial şəbəkələrdə olan qısa videolara çox baxmaqla əlaqələndirirlər.Telefon gənclərin perspektivini necə limitləyir?Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bu barədə Bizim.Media-ya danışıb.
O, telefonun insanda yaratdığı psixoloji problemlərə toxunub:“Telefonların davamlı bildirişləri gənclərin diqqətini yayındırır, konsentrasiyanı çətinləşdirir və uzunmüddətli fokuslanma qabiliyyətini zəiflədir.