Hər vətəndaşa 5 min dollar VERƏCƏK

10.09.2026

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkə.az xarici mətbuata istinadən xəbər verir ki, amma bunun şərti var.

D.Tramp bildirib ki, əgər Respublikaçılar Partiyası Nümayəndələr Palatası və Senata keçiriləcək aralıq seçkilərdə qələbə qazanarsa, ABŞ-nin yetkin hər bir vətəndaşına 5000 dollar (hazırkı məzənnə ilə 8 500 manat) ödəyəcək. 

Lakin Birləşmiş Ştatlar lideri ödənişlərin hansı mənbədən maliyyələşdiriləcəyini açıqlamayıb. Xarici media isə proqramın dəyərinin 1 trilyon dolları keçə biləcəyini yazır.

Ölkə prezidenti ödənişlə bağlı bir şərt də irəli sürüb. O bildirib ki, vətəndaşlara veriləcək vəsaitdən yalnız ABŞ ərazisində istifadə etmək mümkün olacaq.

Qeyd edək ki, Tramp daha əvvəl gömrük rüsumlarından əldə olunan gəlirlər hesabına vətəndaşlara 2 min dollar ödənilməsi ideyasını da irəli sürmüşdü. Yeni vəd isə yalnız Respublikaçılar Partiyası hər iki palatada qələbə qazanacağı halda həyata keçiriləcək.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью