Hər yaxşı müəllimdən yaxşı direktor olmur Nazir

30.06.2026

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

“Təhsil sisteminin qarşısında duran əsas vəzifələrdən biri məktəb direktorlarının düzgün seçilməsidir”.

Redaktor.az xəbər verir ki, bu fikirləri ADA Universitetində keçirilən “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbirdə çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev səsləndirdi.

“Hər yaxşı müəllimdən yaxşı direktor yetişməsi mütləq deyil və bəzən bu yanaşma həm yaxşı müəllimin itirilməsinə, həm də zəif idarəçinin formalaşmasına gətirib çıxarır. Məktəb idarəçiliyində bacarıqlı, vicdanlı və peşəkar kadrların yer alması vacib şərtdir. Müəllimlikdən birbaşa direktor vəzifəsinə keçid hər zaman effektiv nəticə vermir və bu prosesdə müəyyən idarəçilik təcrübəsinin formalaşması zəruridir”.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью