Hər yeri bürüyən ritual şamlarını yandırmayın Video

26.01.2026

Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Həyat koçları Azərbaycanda yox, daha çox Türkiyədə inkişaf edib. Azərbaycanda həyat koçunun kiminsə həyatında nəyinsə köklü formada dəyişdiyini görməmişəm. Onlar insanın daha önə çıxmasını, gizli potensialını aşkara çıxarmasına kömək edir. Bir növ psixoloqlar kimi insana təsir edirlər. İnsana özgüvən verirlər. Hər kəsə məsləhət görürəm ki, iç səslərinə inansınlar".

Bu sözləri Axşam.az-a açıqlamasında ekstrasens Aqil Məhərrəmov deyib. O, son günlər həyat koçlarının insanların həyatına təsirindən danışıb:

"Mənfi aura insanın pis düşüncəsindən yaranır. Və ya cadudam yaranır. Bunu təmizləmək də çəyin deyil. Bunu təmizlədikdə insan həyatı daha parlamağa başlayır. İnsan həyatında doğum və ölüm taixini, bir də uşaqlarının sayını dəyişmək olmur. Bu həyatda yaşadığınız şans sizin əlinizdədir".

Aura çirklənməsindən danışan Aqil insanlara məsləhətlər verib:

"Əvvəl insanların fotoları əlçatan deyildi. İndi sosial şəbəkədə kimi istəsən fotosu var. Buna görə də aura çirkləndirmək, cadu etmək asanlaşıb. Aura çirklənməsi cadu, göz-nəzər, ətrafında pessimist insanların olmasından yaranır. Cadusu olan insanlarda aura çirklənir, çakralar bağlanır. Çakra zədələndikdə depressiya, xəstəliklər yaranır. İnsanlar çakraları təmizləmək üçün ekstrasenslərə, mütəxəssislərə müraciət etməlidir. Yoqa ilə məşğul olmaq da pis auranı təmizləyir.

"Gecə saat 3-də oyanırsınızsa, ehtiyatlı olun, təhlükəlidir"

Bir də son günlər dəniz çəkildikcə qıfıllar çıxır. Dənizə qıfıl atmazlar. Bu, yaxşılıq yox, işlərinizi düyünə salmağınızdır. Etməyin. Bir də qəbirə cadu basdırırlar. Cadu tapanda ona əl vurmayın. Orada Quran hərfləri ilə yazı olur. Onu necə murdarlamaq olaq? Cadunu çıxartmaq, yerindən tərpətmək olmaz. Təsiri ikiqat artır. İşini bilən falçı gedib cadunu qohumunuzun qəbrinə basdırmaz. Cadu çıxartmaq keçmişdə qaldı. Cadunu çıxardanda daha da ağırlaşır. Cadu sizin bədəninizə hopur. İnsanın özünü təmizləmək lazımdır".

Aqil qızlara səslənərək, bunları deyib:

"Şəxsi həyatınızda təkliyə qapılırsınızsa, münasibət qura bilmir, ayrılıq yaşayırsınızsa, işləriniz alınmırsa, deməli sizə cadu edilib. Özünüz rituallar etməyə çalışmayın. Bunların əks təsiri ola bilər".

"Ritual şamlarını almayın"

Aqil son günlər satılan və aktual olan ritual şamlarından danışıb:

"Bu şamları niyə alıb yandırılar heç başa düşmürm. Onların heç bir xeyri yoxdur. Bir şama ki, dua oxunmayıb, onun nə xeyri olacaq? Müxtəlif fiqurda şamlar var. Guya, pul gətirir, sevgililəri birləşdirir. Kim zəmanət verir ki, bu şamları İsraildə oxuyub göndəriblər? İnsanların işi-gücü yoxdur bütün şamları oxuyub Bakıya göndərsinlər? Əgər belə şey varsa, onda gərək nənə, babalarımız milyonçu olardı. Keçmişdə işıq olmauanda şam yandırırdılar.

Meşədə gəzin, duzlu su ilə vanna qəbul edin. Bunlar sizin enerjinizi artıracaq".

Tel.: (994) 55 223 66 13

Rusiya: +79601374639 

İnstaqram: @ekstrasens_agil_magarramov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью