Hərbçilərə mənzil əvəzinə pul veriləcək Hansı daha sərfəlidir?

12.11.2026

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Ehtiyatda olan hərbçilərə mənzil əvəzinə pul kompensasiyasının verilməsi təklif olunur.

Belə ki, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev 2027-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı bu təkliflə çıxış edib. Deputatın fikrincə, pul kompensasiyası hərbi qulluqçulara yaşayış yerini sərbəst seçmək, istədikləri ərazidə mənzil almaq və ya ev tikmək imkanı yarada bilər.

Mənzil növbəsində illərlə gözləmək əvəzinə pul kompensasiyasının verilməsi hərbçilər üçün hansı üstünlükləri yarada bilər? Bəs hazır mənzillə təmin olunmaq, yoxsa kompensasiya almaq daha məqsədəuyğundur?


Hərbi ekspert Ədalət Verdiyev AZXEBER.COM-a açıqlamasında bildirib ki, xidmətini başa vuraraq ehtiyata buraxılan hərbi qulluqçulara mənzil əvəzinə pul kompensasiyasının verilməsi daha məqsədəuyğundur:

"Ordu sıralarından xidmətini başa vuraraq ehtiyata buraxılan hərbi qulluqçulara mənzil əvəzinə pul kompensasiyasının verilməsi daha məqsədəuyğundur. Bu, hərbi qulluqçuların uzun illər mənzil növbəsində gözləməsinin və həmin müddət ərzində dövlət tərəfindən kirayə haqqının ödənilməsinin də qarşısını ala bilər.

Son illər hərbi qulluqçuların mənzillə təmin olunmasında ləngimələrin yaşandığına dair şikayətlər də səsləndirilir. Bu isə hərbi qulluqçulara mənzil əvəzinə pul kompensasiyasının verilməsinin daha məqsədəuyğun olduğunu göstərir. Bunun üçün işlək mexanizm qurulmalıdır. Kompensasiya müəyyən edilərkən hərbi qulluqçuların ailə üzvlərinin sayı və mənzil əldə edəcəkləri ərazidə daşınmaz əmlakın real qiymətləri nəzərə alınmalıdır”.

Fəridə Əsədzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью