Hərbçilərimiz İrəvana getməyəcək, çünki...

19.11.2024

Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan hərbçiləri İrəvana getməyəcək.


Adalet.az xəbər verir ki, noyabrın 20-24-ə qədər İrəvandakı Karen Dəmirçyan adına İdman Konsert Kompleksində keçiriləcək güləş üzrə hərbçilər arasında 37-ci dünya çempionatında Azərbaycan iştirak etməyəcək.
Bu barədə ER Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinin bədən tərbiyəsi və idman xidmətinin rəisi, polkovnik Arman Davtyan mətbuat konfransı zamanı bildirib.
O bildirib ki, Beynəlxalq Hərbi İdman Şurasının tədbirlərinə dəvəti təşkilatçı ölkə deyil, Şura göndərir və heç bir ölkə dəvətsiz qala bilməz. “Azərbaycan millisi ərizə təqdim etməyib və Ermənistana gəlməyib”, - deyə Daavtyan bildirib.

 Qeyd edək ki, ötən il  hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatı Dövlət Sərhəd Xidməti və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutmuşdu.

 Əntiqə Rəşid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью