Hərbçilərimiz Mavi Balina2024 təlimində Foto

15.11.2024

Publika.az saytına istinadən Icma.az xəbər verir.

Aralıq dənizinin şərqində Türkiyə Respublikasının Silahlı Qüvvələrinin təşkilatçılığı ilə "Mavi Balina - 2024" təlimi keçirilib.

Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlimdə ümumilikdə 13 ölkədən 62 dəniz və hava qüvvə və vasitələri təlim tapşırıqlarını icra edərək, sualtı müdafiə döyüşlərinə, eləcə də müştərək dəniz əməliyyatlarına aid bilik və bacarıqlarını təkmilləşdiriblər.

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu "Mavi Balina - 2024" təlimində müşahidəçi qismində iştirak edib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью