Hərbçilərimiz Moskva küçələrində: “Şəhidlər ölməz, vətən bölünməz” VİDEO

06.05.2025

Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan hərbçiləri Moskvada Qələbə Paradının məşqində iştirak ediblər.

Bu barədə hərbi ekspert Ədalət Verdiyev sosial şəbəkə hesabında paylaşım edib. 

Kadrlarda Azərbaycan hərbçilərinin Moskvanın mərkəzi küçələrində yürüşü əks olunub. 

Onlar “Şəhidlər ölməz, vətən bölünməz” şüarını səsləndiriblər. 

Xatırladaq ki, mayın 9-da Azərbaycan hərbçiləri Böyük Vətən müharibəsində qələbənin 80 illiyi şərəfinə Moskvada keçiriləcək paradda iştirak edəcəklər. 

Qafqazinfo

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью