Hərbçilərimiz qəzaya düşdü

07.11.2024

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

Yevlaxda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Tribunainfo.az Unikal-a istinadən xəbər verir ki, hadisə Əkşəm kəndi yaxınlığından keçən magistral yolda qeydə alınıb. Əldə edilən ilkin məlumata görə, hadisə zamanı “Mercedes-Benz”, “Opel”, iki VAZ markalı və daha bir avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Qəza zamanı xəsarət alanın olub-olmadığı dəqiqləşdirilir. Qəzaya düşən maşınlardan birində hərbçilər olub.

Faktla bağlı araşdırma başlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью