Hərbçilərimiz qəzaya düşdü Xəsarət alan var

08.07.2025

Icma.az bildirir, Bakupost portalına istinadən.


Kəlbəcərdə hərbçilərin olduğu maşın aşıb.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun İstisu qəsəbəsində qeydə alınıb.

Beyləqan rayon sakini 1980-ci il təvəllüdlü Xaliq Quliyevin idarə etdiyi “UAZ” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.

Nəticədə sürücü və avtomobildə olan digər hərbçilər - Beyləqan rayon sakini 1988-ci il təvəllüdlü Elmir Həsənov və Gəncə şəhər sakini 2000-ci il təvəllüdlü Vaqif Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralıların vəziyyətləri qənaətbəxşdir.

Araşdırma aparılır.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью